Bakıda söyüş söyən futbolçuya ŞOK cəza

00:33 2 Noyabr 2016

FİFA Norveç millisinin futbolçusu Ule Selnesə ağır cəza tətbiq edib.

Buna "Sent-Etyen"in 22 yaşlı yarımmüdafiəçinin DÇ-2018-in seçmə mərhələsində millimizlə Bakıdakı oyundan sonra görüşün hakiminə təhqiramiz söz işlətməsi səbəb olub.

Buna görə o, 11 ay müddətinə futboldan uzaqlaşdırılıb. Qərarə əsasən o, bu müddətdə Norveç millisi ilə rəsmi oyunlarda iştirak edə bilməyəcək.

Qeyd edək ki, Azərbaycan - Norveç oyunu millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.(qol.az)


Xəbər xətti