PAOK-un futbolçusu məşqdə zədələndi

12:32 2 Noyabr 2016

PAOK "Qarabağ"la oyun öncəsi itki ilə üzləşib.


Sportarena.az xəbər verir ki, komandanın 29 yaşlı futbolçusu Calma Kampuş məşq zamanı zədələnib. Hücumçunun nə qədər müddət yaşıl meydanlardan uzaq qalacağı tibbi müayinədən keçdikdən sonra dəqiqləşəcək. C.Kampuş böyük ehtimalla "Qarabağ"a qarşı oynamayacaq.


Qeyd edək ki, PAOK - "Qarabağ" oyunu sabah keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti