"Sent Etyen"in baş məşqçisi: "Sabahkı oyunda uduzmayacağıq" - MÜSAHİBƏ

21:09 2 Noyabr 2016

Sabah Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qəbələ” doğma meydanda “Sent Etyen”i qəbul edəcək.

Sportarena.az xəbər verir ki, bu gün matçın keçiriıəcəyi “Bakcell Arena”da “Sent Etyen”nin baş məşqçisi Kristof Qaltyenin mətbuat konfransı keçirilib.
-    İki il öncə Bakıda olmuşduz (“Qarabağ” – “Sent Etyen” – red.). Bu iki il ərzində sizin komandada nə dəyişiklik baş verib? Bu dəyişikliklərin “Qəbələ” ilə oyuna nə təsiri olacaq?
-    2 il az müddət deyil. İlk öncə təcrübəmiz artıb. Sabahkı oyunda da iki il ərzində topladığımız təcrübənin çox təsiri olacaq.
-    Sizin bu iki il ərzində maraqlı oyunlarınız olub. Nə deyə bilərsiniz bu haqda?
-    “Qəbələ” ilə sonuncu oyunumuz maraqlı idi. Söz yox, bu oyun avtoqolla nəticələndi. Amma “Qəbələ” öz gücünü göstərdi. Əsas məqsədimiz qrupdan çıxmaqdır.
-    Adətən oyun öncəsi baş məşqçilər həyəcanlı olurlar, lakin siz belə deyildiz. Bunun səbəbi nədir?
-    Düzdü, əhvalım yaxşıdır. Amma bir neçə gün öncə pis idim. İndi çox yaxşıyam. Bizi isti qəbul etdiyiniz üçün minnətdarıq. 
-    Bir məşqçi kimi oyuna hazırsıız?
-    Düzdü, bir neçə gün idi ki, halım yaxşı deyildi. Amma sabahkı oyunda əlimdən gələni edəcəm. Sıx qrafikdə oynayırıq. Bunun təsiri olacaq.
-    “Qəbələ” bu mövsüm Avroliqada 5 ev oyununun hər birində qol vurub. Bu, sizi narahat edirmi?
-    Ümid edirik ki, sabahkı oyunda uduzmayacağıq. Ola bilər ki, sabahkı oyunda rəqib qələbə qazansın. Amma qələbə üçün əlimizdən gələni edəcəyik. “Qəbələ”ni zəif komanda kimi görmürük. 
-    Bir məşqçi kimi ilk səfərinizlə, bugünkü səfəriniz arasında hansı fərqlər var?
-    2 il ərzində çox oyunlarımız olub. Güclü klublarla qarşılaşmışıq. Bəzilərində uğurlu nəticələr qazanmışıq. Bir məşqçi kimi bu oyuna hazaıram. Fransa ilə matçda da “Qəbələ”nin oyununu gördüm. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
-    Saat fərqi sizin oyununuza təsir göstərəcəkmi?
-    Əlbəttə. Biz Fransanın saatı ilə hərəkət edirik. Amma bunun oyuna təsiri olmayacaq.
-    İlk oyunda texniki zonada deyil, VİP-lojadan oyunu izləyirdiniz. Bunun səbəbi nə idi?
-    Bu oyun üçün özümü hazır hiss etmədiyimə görə oyunu televizordan izləyirdim. Amma bu matçı stadiondan olacam. 


Xəbər xətti