Çempionlar Liqasında ən çox gəlir əldə edən klublar

00:30 3 Noyabr 2016

UEFA 2015-2016-cı illər mövsümündə Çempionlar Liqasında göstərdiyi nəticələrə və yayım hüququna görə ən çox qazanc əldə edən klubların siyahısını açıqlayıb.

Siyahıya 83 milyon 853 min avro gəlirlə “Mançester Siti” klubu başçılıq edir. İlk onluqda sonrakı yerləri “Real Madrid” (80 milyon 67 min avro), “Yuventus” (76 milyon 256 min avro), “Pari-Sen-Jermen” (70 milyon 803 min avro), “Atletiko Madrid” (69 milyon 665 min avro), “Çelsi” (69 milyon 174 min avro), “Roma” (68 milyon 461 min avro), “Bavariya” (64 milyon 391 min avro), “Barselona” (56 milyon 552 min avro) və “Arsenal” (53 milyon 423 min avro) klubları tutur.


Xəbər xətti