"Qəbələ" yenə məğlub oldu - YENİLƏNİB

23:52 3 Noyabr 2016

Bu gün Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyunları keçiriləcək. 


Sportarena.az xəbər verir ki, təmsilçimiz "Qəbələ" bu gün "Bakcell Arena"da Fransanın "Sent Etyen" klubunu qəbul edəcək.


Rəqiblərindən heç cür xal ala bilməyən "Qəbələ" klubunun qrupdan çıxmaq şanslarının azalmasına baxmayaraq, komanda meydanda yenə döyüşmək niyyətindədir. Fransada "Sent Etyen"ə qarşı keçirilən son oyunda rəqibə güclü müqavimət göstərən əyalət təmsilçimiz vurduğu avtoqolla məğlub olmuşdu. 3 turdan sonra aktivinə xal yazdıra bilməyən "qırmızı-qaralar" bu gün var gücləri ilə oynayıb qalib gəlməyə çalışacaqlar.


22:00. “Qəbələ” – “Sent-Etyen” (Fransa) 1:2

Qol: Ruslan Qurbanov, 39, Tannane, 45+1 (1:1), Beriç, 53 (1:2) 

Baş hakim: Karlos Del Serro Qrande
Yan xətt hakimləri: Xuan Karlos Yuste Ximenez, Roberto Alonso Fernandez
Əlavə köməkçi hakimlər: Xuan Martinez Munuera, İnaki Vikandi Qarrido
Dördüncü hakim: Abraham Alvarez Kanton (hamısı İspaniya)
Hakim-inspektor: Muharrem Zihni Aksoy (Türkiyə)
UEFA nümayəndəsi: Aristeidis Stavropoulos (Yunanıstan)
Bakı. 8-ci km qəsəbə stadionu


Xəbər xətti