UEFA-dan "Qarabağ" və "Qəbələ" üçün 753 min avro

12:58 3 Noyabr 2016

UEFA ötən il Avropa Liqasının qrup mərhələsində çıxış etmiş "Qarabağ" və "Qəbələ" klubları üçün ayrılmış bonusu komandaların büdcəsinə köçürüb.


Sportarena.az xəbər verir ki, qurum hər iki komanda üçün ümumilikdə 753 min 766 avro vəsait ayırıb. Bu məbləğ AFFA-nın vasitəçiliyi ilə artıq hər iki klubun hesabına daxil edilib. Sözügedən məbləğdən 376 min 952 avro "Qarabağ"a, 376 min 814 avro isə "Qəbələ"yə verilib.


Xəbər xətti