Azarkeşlərə şad xəbər - Metronun iş saatı uzadıldı

13:31 3 Noyabr 2016

Bu gün "Qəbələ" UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Bakcell Arena"da (8-ci km stadionu) Fransanın "Sent-Etyen" komandasını qəbul edəcək.


Sportarena.az xəbər verir ki, matç saat 22:00-da start götürəcək. "Qəbələ" İdman Klubu qarşılaşmanın gec başa çatacağını nəzərə alaraq, Bakı Metropoliteninə bu gün iş rejiminin saat 01:00-dək uzadılması xahişi ilə müraciət edib.


Müraciət Bakı Metropoliteni tərəfindən müsbət cavablandırılıb. "Qəbələ" klubu bu addıma görə Bakı Metropoliteninə təşəkkür edir.


Xəbər xətti