PAOK-un futbolçusu: "Belə davam etmək olmaz"

16:37 4 Noyabr 2016

“İstədiyimiz nəticəni qazana bilmədik. Qrupda şanslarımız xeyli azaldı. Bu, bizi təəssüfləndirir. Son zamanlar yaxşı oyun nümayiş etdirə bilmirik. Bunu dəyişdirməliyik. Belə davam etmək olmaz”.


Sportarena.az xəbər verir ki, bu sözləri PAOK-un futbolçusu Georgios Tzavellas söyləyib. 


28 yaşlı müdafiəçi “Qarabağ”ın səbirli oynadığını bildirib:


“Qarabağ” ilk oyunda olduğu kimi, bu dəfə də səbirli oynadı və zamanı gözlədi. Məncə, biz yanlış oynadıq. İtaliyada “Fiorentina” ilə çətin oyunumuz var. Həmin oyunda yaxşı mübarizə aparmalıyıq”.


Digər xəbərlər

Xəbər xətti