"Qarabağ"ın qapıçısı Yunanıstanla oyun üçün milliyə dəvət olundu

21:51 4 Noyabr 2016

Bosniya və Hersoqovina millisinin DÇ-2018-in seçmə mərhələsində növbəti oyunu üçün heyəti açıqlanıb.


Sportarena.az xəbər verir ki, "Qarabağ"ın qapıçısı İbrahim Şehiç növbəti dəfə komandanın heyətində yer alıb. 28 yaşlı qolkiper DÇ-2018-in seçmə mərhələsində Yunanıstanla oyun üçün yığmaya dəvət olunub.


Qeyd edək ki, Yunanıstan - Bosniya və Hersoqovina görüşü noyabrın 13-ü keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti