Kamran Ağayev "fərqləndi", komandası qələbə qazandı

11:15 6 Noyabr 2016

Portuqaliya çempionatında X turun oyunları davam edir.
 

Sportarena.az xəbər verir ki, sözügedən turda millimizin üzvləri Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi "Boavişta" klubu  "Rio Ave" klubunun qonağı olub. Qarşılaşma "Boavişta"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. 
 

Kamran Ağayev 90 dəqiqə meydanda mübarizə aparıb və 90+3-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Mahmudovun adı isə matçın iştirak ərizəsinə daxil edilməyib. 

 
Qeyd edək ki, "Boavişta" bu qələbədən sonra xallarının sayını 13-ə çatdırıb və turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti