Qurban Qurbanov: "Qriqorçukdan məsləhət almağa hazıram"

18:29 6 Noyabr 2016

Azərbaycan Premyer Liqasının XI turunda "Qarabağ” səfərdə "Zirə”ni 2:0 hesabı ilə məğlub edib. 


Sportarena.az xəbər verir ki, oyundan sonra "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib:

 
"Futbolçlarımız təbrik edirəm. Yorğunluğumuz çıxmamışdı. Futbolçularımız çox yaxşı oynadılar. "Zirə”ni layiqli mübarizə apardığına görə təbrik etmək istəyirəm. "Zirə” tam formalaşıb.  Bu gün "Zirə”nin məğlub olmasına təəssüflənirəm. Çünki onlar yaxşı mübarizə aparmışdılar. Bu gün çempionatın ən vacib 3 xalını qazandıq”.
 

- Rəşad Sadıqovun oynamamasına səbəb nədir?
- Problemi yoxdu. Amma bilirsiniz ki, zədədən təzə qayıdıb.Həkimlərlə məsləhətləışdik, oynaya bilərdi. Ancaq bugünkü oyunda oynamaq ona baha başa gələ bilərdi. İstəyirdim ki, milli komandaya zədəli getməsin. Çünki, Rəşad milliyə lazımlı futbolçudu. 
 

- "Qəbələ”nin xal itirməsi komandanın daha gülü oynamasına səbəb oldu. Siz belə düşünmürsünüz?
- Yox. Biz oyun günü futbolçulara telefonla məşğul olmağa qadağa qoyuruq. Əgər rəqibin oyununu düşünsək, öz oyunumuzdan uzaq düşmüş olarıq. Bizim üçün vacib olan öz oyunumuzdu. 

 
- Arıtq "Qəbələ” ilə xallarınız bərabərləşdi. Demək olar ki, çempionluq "Qəbələ” və "Qarabağ” arasında gedəcək...
- Hələ tezdi. Bəlkə də, statistika ilə düşünə bilərik. Bir neçə tur öncə "Qəbələ”dən çox geridə idik. Bu barədə düşünmək çox tezdi. Biz rəqiblərin xallarını saymaq yox, öz oyunumuz haqda düşünməliyik.

 
- "Qəbələ” Avropa Liqasında qələbə üzünə həsrətdi. Roman Qriqorçuka hansısa məsləhət vermək istəmirsiniz?
- Roman Qiroqorçuk məndən daha yaxşı məşqçidi.İmkan olsa, gedib Qriqorçukdan məsləhət almağa hazıram. Amma "Qəbələ”yə məsləhət vermək haqda düşünmürəm.(futbol11.az)


Digər xəbərlər

Xəbər xətti