Fatih Terimlə Ardanı kim barışdırıb?

00:50 8 Noyabr 2016

Fatih Terimlə Arda Turanı barışdıran şəxsin kimliyi açıqlanıb.

Bu barədə futbol şərhçisi Rıdvan Dilmen açıqlama verib.

O, bildirib ki, baş məşqçi və komandanın hazırkı kapitanını arasında millinin keçmiş kapitanı Emre Belözoğlu vasitəçilik edib: "Emre Arda ilə birlikdə olduğu zaman Fatih Terimə zəng edib. Onları danışdırıb və aralarını düzəldib".

Rıdvan Dilmen həmçinin Klublar Birliyi Fondunun və "Başakşəhər"in prezidenti Göksel Gümüşdağın da vasitəçi olduğunu bildirib: "O, Arda Turana zəng edərək "Hocanın nəvəsi oldu, zəng edib təbrik eləsən yaxşı olar. Bu böhran da bitsin artıq. Türkiyə üçün hocanın könlünü al". 


Xəbər xətti