Bundesliqa klubu baş məşqçisini qovdu

16:57 8 Noyabr 2016

Almaniya Bundesliqasında çıxış edən "İnqolştadt" klubu baş məşqçisi ilə yollarını ayırıb.


Sportarena.az xəbər verir ki, komandanın uğursuz çıxışlarına görə baş məşqçi Markus Kauçinski istefaya göndərilib. Onun əvəzinə yeni baş məşqçi vəzifəsinə Mixael Henke təyin edilib.


Qeyd edək ki,  10 turdan sonra aktivində  2 xalı olan "İnqolştadt" 17-ci pillədə qərarlaşıb.


Xəbər xətti