Həmyerlimiz Latviya 1-ci Liqasının rəmzi yığmasına düşdü

18:56 9 Noyabr 2016

Futbol üzrə Latviya birinci liqasında mövsümün simvolik komandası müəyyənləşib. 


Sportarena.az xəbər verir ki, Latviya Futbol Federasiyasının rəsmi saytının açıqladığı rəmzi 11-likdə azərbaycanlı futbolçu Vüqar Əsgərov da yer alıb."Olayne/Super Nova" klubunun forvardı buna mövsüm ərzində vurduğu 40 qolla nail olub. Bu, Latviya birinci Liqasında ikinci göstərici olub. Həmyerlimiz yalnız 47 qola imza atan "Tukums" klubunun forvardı Dmitri Kuzmindən geri qalıb. Digər həmyerlimiz Orxan Həsənəliyev isə 10 qol vursa da, simvolik heyətə düşə bilməyib. Komandasının bombardiri olan Vüqar mövsümü 40 qolla başa vurub. Bu, Latviya birinci Liqasında ikinci göstərici olub.


Qeyd edək ki, 62 xal toplayan "Olayne" mövsümü 15 klub arasında 2-ci pillədə başa vurub. Nəticədə, futbolçularımızın komandası elitaya yüksəlmək şansı qazanıb. "Olayne" Latviya yüksək liqasında 8 komanda arasında 7-ci yeri tutmuş "Metta" ilə pley-off oyunlarında qüvvəsini sınayacaq. Tərəflər arasında ilk oyun noyabrın 9-u, cavab qarşılaşması isə 13-də baş tutacaq. (Azerisport)


Xəbər xətti