"Neftçi" daha bir legionerini komandadan göndərdi

11:37 10 Noyabr 2016

Elxan Abdullayevin əsas komandadan uzaqlaşdırdığı 5 legionerdən biri olan Dario Melnyak əvəzedici heyətində oynamaq istəməyib. 


Sportarena.az sportinfo.az-a istinadən xəbər verir ki, xorvatiyalı müdafiəçi "Neftçi" ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub.
 

23 yaşlı Melnyak məxsus olduğu "Lokeren"ə qayıdıb. Belçikanın yüksək liqasında mübarizə aparan "Lokeren" birillik icarəyə verdiyi istedadlı gəncin vaxtından əvvəl geri dönməsinə müsbət yanaşıb. "Neftçi"də digər legionerlərin badına gedən Melnyakı belçikalıların 500 min avroya transfer etməsini xatırladaq. 


Digər xəbərlər

Xəbər xətti