Maykl O`Nil: "Robert Prosineçki əla komanda qurub"

10:50 12 Noyabr 2016

"Bu cür qələbədən razıyam. İdeal oyun nümayiş etdirdik. Futbolçular ilk dəqiqələrdən rəqibi təzyiqdə saxladılar və istəyimizə çatdıq. Kayl Laffertiyə görə sevinirəm. İlk hissədə vurduğu qolla qələbəmizin təməlini qoydu".


Sportarena.az xəbər verir ki, bu sözləri Şimali İrldandiya yığmasının baş məşqçisi Maykl O’Nil Şimali İrlandiya – Azərbaycan oyunundan sonra keçirilmiş mətbuat konfransında deyi.


Təcrübəli mütəxəssis Azərbaycanın məğlubiyyətinə baxmayaraq, yaxşı oyun sərgilədiyini vurğulayıb:
"Qələbəyə baxmayaraq daha çox işləməliyik. 4 turdan sonra 7 xalımız var. Pis başlanğıc deyil. Qarşıda çox oyun var, vəziyyət dəyişə bilər. Biz Almaniya yığması ilə qarşılaşmışıq. Azərbaycanın isə onlarla oyunu qalır. Əsas ev oyunlarında maksimum xal qazanmaqdır. 


Azərbaycan millisi yaxşı komandadır. Robert Prosineçki əla kollektiv qurub. Buna baxmayaraq, topa daha çox nəzarət etdik və qalib gəldik. Bu qələbə bizi arxayın salmamalıdır. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşmalıyıq"


Digər xəbərlər

Xəbər xətti