Ronaldo dünyanın ən yaxşısı seçildi

21:05 12 Noyabr 2016

Portuqlaiya milli komandasının kapitanı Kriştiano Ronaldo bu il dünyanın ən yaxşı futbolçusu seçilib. Bu, dünyanın məşhur idman saytlarından olan Goal.com-un versiyasına görə olub. 
 
Ronaldo portalın 38 versiyasının redaktorlarının və müxbirlərin səsverməsi nəticəsində 2 göstəricidə - həm də ən yaxşı hücumçu nominasiyasında 1-ci olub. Bununla da "Real"ın 31 yaşlı hücumçusu həmin mükafatı 4-cü dəfə qazanıb və əsas rəqibi Lionel Messiyə çatıb. Argentina milli komandasının kapitanı bu dəfə səsvermədə 4-cü olub. 


Qeyd edək ki, FİFA-nın ilin ən yaxşı futbolçusu ilə bağlı keçirdiyi sorğuda da aşkar favorit olan Kriştianu bu il klubla Çempionlar Liqasını, yığma ilə Avropa çempionluğunu qazanıb. 


Digər xəbərlər

Xəbər xətti