"Kəpəz" millimizə qalib gəldi

23:50 12 Noyabr 2016

Dünya çempionatının seçmə mərhələsinin oyunları səbəbindən Premyer Liqada yaranan fasilə müddətində "Kəpəz" yoxlama oyunu keçirib.

Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə Şahin Diniyevin komandası bu gün “Dalğa Arena”da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə qarşılaşıb.

Oyun “sarı-göylər”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədə Orxan Əliyev və Şəhriyar Rəhimov fərqlənib. Fasilədən sonra isə Tural Nərimanov görüşdə son nöqtəni qoyub.
Sabah istirahət edəcək komanda üzvləri noyabrın 14-dən məşqləri bərpa edəcək.


Digər xəbərlər

Xəbər xətti