Əliyar Ağayevin idarə etdiyi oyunda 4 qol, 1 qırmızı vərəqə - VİDEO

00:51 14 Noyabr 2016

FİFA referisi Əliyar növbəti beynəlxalq matçını idarə edib.
Referimiz DÇ-2018-in seçmə mərhələsində baş tutan Kipr - Cəbəllütariq matçında ədaləti qoruyub.
Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ağayev meydan sahiblərindən Ceyson Demetriou  və Pyeros Soterionunu sarı vərəqə ilə cəzalandırıb. Qonaq komandadan isə bir futbolçunu qırmızı vərəqə ilə meydandan qoviub.
Qeyd edək ki, Ağayevə bu oyunda Rza Məmmədov, Zeynal Zeynalov və Orxan Məmmədov yardımçı olub.
 


Digər xəbərlər

Xəbər xətti