Səlahət Ağayev: "...Prosineçki mənə "Neftçi"yə keçməyimlə bağlı müraciət edib"

11:54 14 Noyabr 2016

Azərbaycan millisinin qapıçısı Səlahət Ağayev mövsümün sonuna qədər "İnter"dən ayrılmayacaq.
 

Sportarena.az xəbər verir ki, bunu futbol11.az saytına açıqlamasında qolkiperin özü deyib.
 

Bundan başqa o, "Neftçi"yə keçəcəyi ilə bağlı xəbərlərə də aydınlıq gətirib. Ağayev bu keçidlə bağlı ona heç kimin müraciət etmədiyini söyləyib: 
 

"Başqalarının adından danışmağa ixtiyarım yoxdu. Ancaq nə başqa biri, nə də Prosineçki mənə "Neftçi”yə keçməyimlə bağlı müraciət edib. Belə məsələ olsaydı, gizlətməzdim, açıq-aşkar deyərdim. Qışda təklif olsa belə, heç yerə gedən deyiləm. Ən azı mövsümün sonuna qədər "İnter”in uğurları üçün çalışacam. "İnter” mənim doğma komandamdı”.


Xəbər xətti