Elnur Cəfərov oynamadı, komandası uduzdu

23:10 14 Noyabr 2016

Futbol üzrə Xorvatiya ikinci liqasında 15-ci turun oyunları keçirilib. Offside.com.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası – “Duqopolye” də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Solin”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Elnur bu matçın iştirakçısı olmayıb. Məsələ burasındadır ki, Cəfərov hazırda U-21 yığmamızın Bakıda təşkil olunan təlim-məşq toplanışında iştirak edir.

Qeyd edək ki, “Duqopolye” geridə qalan turlarda topladığı 22 xalla 12 klub arasında 5-ci pillədə qərarlaşıb.

Futbolinfo.az


Digər xəbərlər

Xəbər xətti