Futbol topu ilə möhtəşəm şou - İzləyin

01:15 15 Noyabr 2016

Londonda keçirilən Küçə Futbolu Dünya Çempionatı maraqlı məqamlarla yadda qalıb. Argentinalı gənc Karlos Alberto Yakono möhtəşəm performansla yarışda  qalib gəlib.

Dünyanın dörd bir yanından gələn küçə futbolu ustaları səhnədə topla, sözün əsl mənasında rəqs ediblər. Çətin vəziyyətlərdə topu ram edən gənclərin şousu çempionatı izləməyə gələnlərə də əyləncəli anlar yaşadıb. Münsiflər bir-birindən gözəl şoular göstərən idmançılardan hansının üstün olduğunu seçməkdə çətinlik çəksələr də, sonda hərəkətləri ilə hər kəsi təəccübləndirən Çarli ləqəbli  Karlos Alberto Yakono dünya çempionu adına layiq görülüb.


Digər xəbərlər

Xəbər xətti