Rəşad Sadıqovun durumuna aydınlıq gəldi

13:33 15 Noyabr 2016

Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov müalicə üçün getdiyi Almaniyanın Münhen şəhərindən bu gün Bakıya qayıdıb. 


Sportarena.az xəbər verir ki, təcrübəli müdafiəçi 10-12 gün istirahət etdikdən sonra yenidən müalicəyə başlayacaq.


Artıq Sadıqovun 2016-cı ildə meydana çıxmayacağı dəqiqləşib. O, nəinki bu il ölkə çempionatında , eləcə də Avropa Liqasının qrup mərhələsinin son iki turunda keçiriləcək matçları da buraxacaq. 


Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin son iki turunda Çexiya "Slovan"ı (24 noyabr) və İtaliya "Fiorentina"sı (8 dekabr) ilə qarşılaşacaq.


Xəbər xətti