Boksçumuz Avropa çempionatına qələbə ilə başladı

10:29 16 Noyabr 2016

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatına start verilib. 


Sportarena.az xəbər verir ki, ötən gün başlayan mübarizədə rinqə ilk olaraq Anna Elimerdanova çıxıb.
 

54 kq çəki dərəcəsində mübarizə aparan xanım atletimizin ilk rəqibi belaruslu boksçu Helina Bruyeviç olub.

 
1/8 final döyüşündən qələbə ilə ayrılan Anna növbəti mərhələyə yüksəlib.(apasport)


Xəbər xətti