De Xea üçün 60 milyon avro

21:27 16 Noyabr 2016

"Mançester Yunayted"in qolkiperi David De Xeaya görə ödənilməli transfer məbləği müəyyənləşib.


Sportarena.az xəbər verir ki, ötən il sözləşməni uzadarkən 26 yaşlı qapıçının müqaviləsinə ən azı 60 milyon avroya satıla biləcəyi bəndi salınıb. Bu, dünya futbolunda qapıçı üçün rekord məbləğdir.


Qeyd edək ki, ötən il "Real" klubu De Xeanı transfer etməyə yaxın olsa da, keçid son anda baş tutmamışdı.


Xəbər xətti