"Globe Soccer Awards" mükafatına namizədlərin adları açıqlandı

18:48 17 Noyabr 2016

Avropa Klublar Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EPAA) birgə təsis etdiyi “Globe Soccer Awards” mükafatına namizədlərin adları açıqlanıb.


Sportarena.az xəbər verir ki, mükafat dörd nominasiya üzrə təqdim olunur.


2016-cı ilin ən yaxşı komandası adına İspaniya təmsilçiləri “Real” və “Sevilya”, “Molde” (İsveç), “Lester” (İngiltərə) və “Legiya” (Polşa) iddialıdır.


İlin məşqçisi nominasiyasında isə beş namizəd yer alıb. Bunlar Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş, Zinəddin Zidan (“Real”), Klaudio Ranyeri (“Lester”), həmçinin Unay Emeri (PSJ) və Massimiliano Alleqridir (“Yuventus”).


İlin ən yaxşı hakimi adına namizədlərin sırasına isə irlandiyalı Alireza Faqani, qambiyalı Bakari Qassama, argentinalı Nestor Pitana, salvadorlu Xoel Agilar və ingiltərəli Mark Klattenburq daxildir.


Qeyd edək ki, mükafatlandırma mərasimi dekabrın 27-28-də Dubayda keçiriləcək.


Xəbər xətti