Neymar kimi "Barselona"da görmək istəyir?

11:28 18 Noyabr 2016

“Barselona”nın hücumçusu Neymar Braziliya millisindəki komanda yoldaşı, “Liverpul”un üzvü Filippe Koutinyonu Kataloniya klubunda görmək istəyir. 

Millinin düşərgəsində olarkən futbolçular arasında bu barədə söhbət olub. 

Koutinyo özü də “Barselona”da oynamağa qarşı deyil. Lakin keçidin reallaşması üçün əsas problem 24 yaşlı futbolçunun “Liverpul”la daha 4 illik müqaviləsinin olmasıdır. 

Xatırladaq ki, Koutinyo “Liverpul”da 2013-cü ildən çıxış edir.


Digər xəbərlər

Xəbər xətti