Qızına görə cəzalandı - Fotolar

11:50 18 Noyabr 2016

Braziliya kubokunun yarımfinal mərhələsində "Qremio" doğma meydanda "Kruzeiro"nu qəbul edib. Meydan sahiblərinin baş məşqçisi Renato Qauço qarşılaşmada öz qızını da yanında – ehtiyat oyunçular skamyasında oturdub.

Lakin, bu jest ona baha başa gəlib.

"Qremio" 2 matçın nəticəsinə əsasən 2:0-lıq hesabla finala vəsiqə qazanıb. Ev sahiblərinin baş məşqçisi qızı Karolina Portaluppini ehtiyat oyunçular skamyasında əyləşdirib. 22 yaşlı qızını yanında əyləşdirdiyinə görə Qauçonun komandası sərt cəzaya məruz qalıb.

Braziliya Futbol Federasiyası baş məşqçinin etdiyi hərəkəti qaydalara ziddi hesab edib və klubu cəzalandırıb. Belə ki, iki matçdan ibarət finalda "Qremio"nun ev sahibi olacağı görüş neytral meydanda keçiriləcək. Bundan başqa komanda 30 000 real məbləğində cərimə ödəyəcək.(qafqazinfo.az)

Qızını yanında oturtdu, cəzalandı -  Fotolar

Xəbər xətti