"Barselona"nın təklifinə "yox" dedi

14:23 18 Noyabr 2016

"Barselona"nın baş məşqçisi Luis Enrike klubun yeni müqavilə təklifini rədd edib.

O, yeni müqavilə imzalamaq üçün tələsmək istəmir. 

Enrike klub rəhbərliyinə bildirib ki, bununla bağlı danışıqların indi yox, yayda müzakirə olunmağını istəyir.

Bu isə "Barsa" rəhbərliyini narahat edib. Klub Enrike yeni müqavilə imzalamayacağı təqdirdə, onun əvəzləyicisini müəyyənləşdirib. Enrike klubdan ayrılsa, onu köməkçisi Xuan Karlos Unsuenin əvəzləyəcəyi iddia edilib.


Digər xəbərlər

Xəbər xətti