PFL oktyabrın ən yaxşı qolunun müəllifini mükafatlandırdı

16:40 18 Noyabr 2016

Peşəkar Futbol Liqasının layihəsi olan “I Divizionda ayın ən yaxşı qolu” nominasiyasında ikinci qalib mükafatlandırıldı. Jurnalistlər və azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, “Zaqatala”nın futbolçusu Emin Mehtiyevin MOİK-in qapısından keçirdiyi top oktyabr ayının ən yaxşı qolu seçildi.
Pul mükafatını (500 AZN)  və xüsusi hədiyyəni bu gün keçirilən “Zaqatala” – “Ağsu” oyunundan öncə Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov təqdim etdi.


Digər xəbərlər

Xəbər xətti