Roberto Karlos: "Ümid edirəm ki, Marselo məni keçməyəcək"

23:46 18 Noyabr 2016

Madrid "Real"ının keçmiş futbolçusu Roberto Karlos özü ilə Marselo arasında müqayisə aparıb. Roberto Karlosun fikrincə sol cinah müdafiəçisi mövqeyində Marseloya çatanı yoxdur.

"Mən və Kafu vaxtilə bir qədər fərqli hücum etmə üslubu yaratmışdıq.Bu gün Braziliyanın Marselo və Felipe Luisi var. Marselo həqətən də çox güclüdür. Lakin Felipe Luisi də yaddan çıxarmaq olmaz.Ümid edirəm ki, Marselo məni ötüb keçməyəcək. Texnikasına görə məndən üstündür. Mənim isə fiziki gücüm və zərbələrim daha yaxşı idi", — deyə Roberto Karlos bildirib.


Digər xəbərlər

Xəbər xətti