"Leypsiq" Bundesliqada tarix yazdı

13:55 19 Noyabr 2016

Almaniya Bundesliqasında çıxış edən "Leypsiq" komandası dünən "Bayer"i məğlub edərək liderliyə yüksəlib. 


Sportarena.az xəbər verir ki, Bundesliqada bu il debüt edən komanda liderliyə yüksəlməklə yeni komandanın tarixində rekord müəyyənləşdirib 


Çempionatda ikinci yerdə qərarlaşan və bir oyun az keçirən "Bavariya" bu gün səfərdə "Borussiya"nın üzərində qələbə qazana bilməsə "Leypsiq" liderliyini möhkəmləndirəcək.


"Leypsiq" 11 turdan sonra məğlubiyyətsizlik seriyasını davam etdirir. Komanda bu oyunlardan səkkizində qalib gəlib, üçündə isə heç-heçə edib.


Digər xəbərlər

Xəbər xətti