"Qarabağ"ın rəqibində erməni futbolçu

23:09 19 Noyabr 2016

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi  "Fiorentina" klubu erməni futbolçunu baxışa çağırıb.

Florensiya təmsilçisi Ermənistanın "Şirak" klubunun gənc futbolçusu Vagan Biçaxçyanı sınaqdan keçirəcək.   

İtaliya klubu onu bəyənsə belə,  17 yaşlı yarımmüdafiəçi ilə peşəkar müqavilə imzalaya bilməyəcək. Buna səbəb Vaganın hələ 18 yaşı olmamasıdır.

Qeyd edək ki, "Qarabağ" qrupda son oyununu "Fiorentina" ilə dekabrın 8-də Bakıda keçirəcək.

qol.az


Digər xəbərlər

Xəbər xətti