"Qalatasaray"la matç öncəsi "Fənərbaxça"da ciddi itki

17:31 20 Noyabr 2016

Türkiyədə bu gün “Qalatasaray”a qarşı keçiriləcək İstanbul derbisi öncəsi “Fənərbaxça” ciddi itki ilə üzləşib.


“Fənərbaxça”nın yarımmüdafiəçisi Ozan Tufan zədələndiyi üçün oyunun heyətindən çıxarılıb.


Qeyd edək ki, Ozan Tufandan əlavə “Fənərbaxça”nın aparıcı oyunçularından Mehmet Topal cəzalı, Cermeyn Lens və Qreqori van der Vil də zədəli olduğu üçün bu matçda iştirak edə bilməyəcəklər.


“Fənərbaxça” – “Qalatasaray” oyunu bu gün Bakı vaxtı ilə saat 21.00-da başlanacaq


Digər xəbərlər

Xəbər xətti