Zaur Svanadzedən qələbə şərhi

21:29 20 Noyabr 2016

Azərbacan Premyer Liqasının XII turu çərçivəsində keçirilən "İnter" - AZAL matçı birincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmadan sonra "bankirlər"in çalışdırıcısı qələbəni şərh edib.
 
"Bilirsiz ki, cəza səbəbi ilə bir neçə oyunçumuz qarşılaşmada iştirak etmədi. Buna baxmayaraq, qələbə qazandığımız üçün şadam. Uşaqlar yaxşı oynadı. Oyundan və nəticədən razıyam. Qarşıda bizi iki çətin oyun gözləyir. Rauf Əliyevlə Mirhüseyn Seyidov sözügedən qarşılaşmalara qədər sağalacaqlar".(sportal.az)


Digər xəbərlər

Xəbər xətti