"Qarabağ"ın futbolçusu oktyabr ayının ən yaxşısı seçildi

13:59 22 Noyabr 2016

Azərbaycan Premyer Liqasında oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.


Sportarena.az xəbər verir ki, goal.az saytının keçirdiyi sorğunun qalibi, PFL-in təqdim etdiyi futbolçu, klublardan ən çox səs alan 2 futbolçu və ötən ay çox qol vuran futbolçu arasından azarkeşlər tərəfindən seçilir.


Oktyabr ayının ən yaxşı futbolçusu "Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev seçilib. O, səslərin 69 faizini toplayıb.


Xatırladaq ki, ötən ayın ən yaxşı futbolçusu adına namizədlər sırasında "Qəbələ"dən Filip Ozobiç, "İnter"dən Nizami Hacıyev, "Zirə"dən Sezar Meza Kolli yer alırdı. 


Digər xəbərlər

Xəbər xətti