Elvin Əliyev: "Başqaları min hoqqadan çıxır, düşüblər yetim "Rəvan"ın üstünə"

Sportarena.az      22 Noyabr 2018, 18:39

"Gəlsinlər bizim hansı vəziyyətdə məşq etməyimizə baxsınlar. Düşdüyümüz vəziyyətdən istifadə edib bizə böhtan atırlar. Camaat min hoqqadan çıxır, onlardan danışan yoxdur. Biz yetim günündəyik. Düşüblər bizim üstümüzə. Əsəbimdən deməyə söz tapmıram”.
 

Sportarena.az xəbər verir ki, bunu qol.az saytına açıqlamasında “Rəvan”ın futbolçusu Elvin Əliyev deyib.
 

AFFA bu gün I divizion komandaları arasında danışılmış oyunlarda şübhəli bilinənlərin siyahısını açıqlayıb.
Siyahıda “Rəvan” klubunun da 7 oyunçusunun adı göstərilib. Onların arasında təcrübəli müdafiəçi, millimizin sabiq üzvü Elvin Əliyev da var. 
 

Adının şübhəli oyunlarda hallanmasına kəskin etiraz edən 32 yaşlı futbolçu düzgün araşdırma aparılmadığını bildirib: “Bunu əvvəlcə araşdırıb, sonra ad çəkərlər. Belə olmaz axı! Heç nə araşdırmamış, əllərində sübut olmadan adımızı hallandırırlar. Axı bizi bu cür tanımırlar. Şəxsən mənim adımı heç bir şübhəli oyunda çəkə bilməzlər. Qardaş, yaxşı oynaya bilmirik də! Mənim adımı o siyahıya yazan kimdisə, gəlsin sabah bizim məşqimizi izləsin. Hansı durumda olduğumuzu görsün. Biz oyun günü səfərə yollanırıq.  Yemək yeyib meydana çıxırıq. Belə komanda olmaz axı. Bütün bunlar oyunumuza təsir edir. Cəmi 2-3 təcrübəli futbolçumuz var. Qalan hamısı gənclərdir. Yüksək liqadan yenicə aşağı dəstəyə düşmüşük. Biz hələ ümid edirik ki, bəlkə yenidən Premyer Liqada çıxış etdik. 
 

Şükürlər olsun ki, kubok da qazanmışam, çempionluq da. Milli komandanın üzvü olmuşam. Danışılmış oyunda iştirak etməyim indiyə qalmışdı? Heç nəyim əskik deyil. Vaxtında qazandığım pullarla həyatımı qurmuşam. İndi qəpik-quruşa görə adımızı batırmayacağıq ki”.

 
Qeyd edək ki, danışılmış oyunlarda şübhəli bilinən futbolçular araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin