Azərbaycanlı futbolçu həbs olundu: narkotik satarkən

00:50 23 Noyabr 2016

Artıq tarixin yaddaşına qovuşmuş UEFA Kubokunda klublarımız arasında ilk və yeganə mərhələ sevincini yaşamış "Karvan"ın sabiq futbolçusu Xaliq Muradov narkotika satarkən tutulub.

Bugünlərdə Xaliq Muradovla bağlı xoşagəlməz hal ortaya çıxıb. Muradov 1 həftə öncə Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. O və şəriki 7,5 kq narkotik maddə olan marixuana satarkən saxlanılıblar. Mənbəmizin məlumatına görə, "Karvan"ın sabiq futbolçusu hazırda Gəncə Təcridxanasındadır.

Qeyd edək ki, Yevlaxın "Karvan" klubu 2006-cı ildə Slovakiyanın "Spartak" (Trnava) klubunu mübarizədən kənarlaşdırmaqla uğura imza atıb. İyulun 13-də Bakıdakı "Şəfa" stadionunda keçirilən ilk matçda təmsilçimiz Xaliq Muradovun qolu sayəsində 1:0 hesablı qələbə qazanıb. Muradov 74-cü dəqiqədə Suleyman Kamaranı əvəzləyib və 8 dəqiqə sonra bu qola imza atıb. Cavab matçında da eyni hesabla qalib gələn "Karvan" futbol tariximizə adını həkk etdirməyi bacarıb ("Futbol+). 


Digər xəbərlər

Xəbər xətti