Əliyar Ağayev Mario Balotellini görməyəcək

13:31 23 Noyabr 2016

Mario Balotelli Avropa Liqasının qrup mərhələsinin V turunda baş tutacaq "Nitsa" – "Şalke" oyununda iştirak edə bilməyəcək.
 

Sportarena.az xəbər verir ki, bu barədə "Nitsa"nın rəsmi saytı məlumat yayıb. 


Məlumata görə, buna səbəb onun zədəli olmasıdır. O, eyni səbəbdən ölkə çempionatında "Sent-Etyen"ə qarşı da oynamamışdı.
 

Qeyd edək ki, adıçəkilən görüşü Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.


Digər xəbərlər

Xəbər xətti