"Qarabağ" hansı halda qrupdan çıxa bilər?

01:10 25 Noyabr 2016

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Slovan"a gözlənilmədən böyük hesbala uduzan "Qarabağ"ın qrupdan çıxmaq şansı qalır.


Sportarena.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri dekabrın 8-də qəbul edəcəyi "Fiorentina"nı məğlub etsə o zaman digər oyunun nəticəsindən asılı olmayaraq 1/16 final mərhələsinə vəsiqə qazanacaq.


Əgər Bakıdakı oyun heç-heçə bitsə o zaman PAOK - "Slovan" matçında meydan sahibləri qələbə qazanmamalıdı ki, Ağdam təmsilçisi qrupdan çıxa bilsin.


Son olaraq həm "Qarabağ", həm də PAOK məğlub olarsa o zaman yenə "köhlən atlar" qrupdan çıxacaq.


Digər xəbərlər

Xəbər xətti