Maksim Medvedev: "Hər şey özü əlimizdədir"

14:13 25 Noyabr 2016

"Qarabağ" Avropa Liqasının V turunda səfərdə "Slovan"a 0:3 hesabı ilə uduzub.
 

Sportarena.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
 

- Oyuna çox yaxşı hazırlaşmışdıq. Amma təəssüf ki, uduzduq. “Qarabağ” ən pis oyunlarından birini keçirdi. Ürəkdən istəyirdik ki, qalib gələk. Bu gün bizdə alınmırdı. Rəqib bizi çox yaxşı analiz etmişdi.

 
- Zəif oyunun səbəbi nə idi?
- Özümüz də 100% oynaya bilmədik. Rəqib bizi yaxşı analiz etmişdi. Heyətlərində dəyişikliklər etmişdilər, gənc oyunçuları dayanmadan meydanda hərəkət edirdi.

 
- “Fiorentina” PAOK-a uduzdu. “Qarabağ”ın işi çətinləşdi...
- Hesabdan xəbərdarıq. İşimiz çətinləşdi. Növbəti oyuna ciddi hazırlaşacağıq. Şansımız var və bundan maksimum yararlanmalıyıq. Bunu əldən vermək olmaz. Baxmayaraq ki, işimizi çətinləşdirmişik. Hər şey özü əlimizdədir.
 

- Arif Daşdəmirov sənin mövqeyində oynadı və səhvlərə yol verdi. Düşünmürdün ki, öz mövqeyimdə olsaydım, səhvlər etməzdim...
- Futboldur. Heç bir oyunçu ideal deyil. Hamı səhvlər edə bilər. Bu haqda nəsə deməyim düz olmaz. Arif meydanda çox çalışırdı. İstəməzdi ki, səhvlərə yol versin. Komanda şəklində daha diqqətli olsaydıq, belə olmayacaqdı. Oyun tam fərqli keçəcəkdi. Baş məşqçimizin verdiyi tapşırıqların 70 faizini yerinə yetirə bilmədik.(Futbol11.az)


Xəbər xətti