Kuarejma: "Beşiktaş"da mənə Tanrı kimi münasibət göstərirlər"

01:11 26 Noyabr 2016

Rikardo Kuarejma  Türkiyədəki həyatından razıdır. Orada o, ikinci gəncliyini yaşayır. Bu mövsüm Türkiyə çempionatında o, beş oyunda üç qol vurub, Çempionlar Liqasında da həmçinin eyni göstəriciyə sahibdir. Portuqaliyalının 33 yaşı var. Portuqaliya nəşri “A Bola“ya müsahibəsindən:

“Özümü yaxşı hiss edirəm. Heç vaxt düşünməzdim ki, bu yaşımda bu cür formada olacaq. “Beşiktaş”da özümü evimdəki kimi hiss edirəm. Onlar mənə diqqətlə qayğı göstərirlər, elə bil Tanrıyam. Yeganə çatışmayan şey portuqal dilində danışmamağımdır”. 

Oyunçu onun transfer bazarında qiymətini deməkdən çəkinmir. “Hiss edirəm ki, hal-hazırda daha oturuşmuş bir oyunçuyam, daha yaxşıyam. Müasir futboldakı rəqəmləri nəzərə alsaq, hərdən zarafatla deyirəm ki,  qiymətim 100 milyon avrodur. Bu gün, az adam 60-70 milyon avroya dəyər”. 


Digər xəbərlər

Xəbər xətti