Ukrayna futbolunda danışılmış oyunlar

21:44 26 Noyabr 2016

Ukrayna futbolunda danışılmış oyunlarla bağlı iddialar ortaya çıxıb.


Sportarena.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının vitse-prezidenti İqor Koçetov açıqlama verib.

Onun sözlərinə görə 8 şübhəli oyun haqqında müvafiq orqanlara məlumatlar verilib. Bu matçlar gənclər liqasında və birinci liqada 2015-ci ilin sonunda keçirilib. Hazırda Etika və Təmiz Oyunlar Komitəsində məsələyə dair araşdırma aparılır. Sonda insidentlə bağlı hüquqi qərarlar verilməsi gözlənilir.


Xəbər xətti