"Xəzər Lənkəran"ın sabiq futbolçusu 25 yaşında vəfat etdi

12:48 27 Noyabr 2016

Azərbaycan Premyer Liqasında çıxış etmiş futbolçu Şəhriyar Xəlilov dünyasını dəyişib.
 
Sportarena.az sportnet.az-a istinadən xəbər verir ki, Gəncə futbol məktəbinin yetirməsi olan yarımmüdafiəçi 25 yaşında ürək tutmasından dünyasını dəyişib.
 
Xəlilov vaxtilə "Qarabağ", "Qəbələ", "Xəzər Lənkəran" və "Bakı"da oynayıb.


Xəbər xətti