Azarkeşlərdən Şahin Diniyevə dəstək - FOTO

13:26 27 Noyabr 2016

Premyer Liqada işləri yaşı getməyən "Kəpəz"  12 turdan sonra 12 xalla 6-cı pillədə qərarlaşıb.
Sportarena.az xəbər verir ki, bu gün "Neftçi" ilə qarşılaşacaq "Kəpəz"in bu oyunda məğlub olacağı təqdirdə baş məşqçi Şahin Diniyevin komandadan göndəriləcəyi güman edilir. Gəncəli azarkeşlər Diniyevə dəstək məqsədi ilə "Şahin Diniyev biz sənə inanırıq" pankartı açıblar.
Qeyd edək ki, "Kəpəz" - "Neftçi" matçı 14:00-da start götürəcək.
İlkin İsmayılzadə, Gəncə


Xəbər xətti