Gəncədə "Neftçi"yə yer tapılmır: klub nümayəndələri təzyiqə tab gətirmədi

14:45 27 Noyabr 2016

Azərbaycan Premyer Liqasının 13-cü turun çərçivəsində "Neftçi" səfərdə "Kəpəz"lə qarşılaşır.

Sportarena.az-ın Gəncəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, "Kəpəz" azarkeşləri bu dəfə də media işçiləri və klub nümayəndələri üçün ayrılmış yeri zəbt ediblər. Bununla kifayətlənməyən azarkeşlər işlətdiyi qeyri-etik ifadələrdən əlavə, "Neftçi" klubunun nümayəndələrinə də təzyiqlər göstərirlər. 

Məlumatlara görə, matçı tribunadan canlı izləyən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun oğlu - "Kəpəz"in prezidenti Elmir Vəliyevin tapşırıqlarından sonra "Neftçi" rəsmiləri tribunadan qovulub.

Xatırladaq ki, analoji hadisə "Kəpəz"in digər ev oyunlarında da yaşanıb. Digər oyunlardan fərqli olaraq, rəqib klubun nümayəndələri həmin sektoru tərk etməyib.

Ümid edirik ki, növbəti oyunlarda sözügedən problemi "Kəpəz" rəhbərliyi həll edəcək.

İlkin İsmayılzadə, Gəncə.


Digər xəbərlər

Xəbər xətti