"Kəpəz"dən "Neftçi" rəsmilərinin qovulması ittihamlarına münasibət

21:33 27 Noyabr 2016

"Kəpəz" rəhbərliyi Azərbaycan Premyer Liqasının oyunu zamanı "Neftçi" rəsmilərinin media sektorundan uzaqlaşdırılmasına dair xəbərlərə münasibət bildirib.

Klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu bu addımın icra başçısı Elmar Vəliyevin göstərişi ilə deyil, təhlükəsizlik məqsədilə atıldığını söyləyib. Onun sözlərinə görə, oyunun əvvəllərində gəncəli azarkeşlərlə onlara yaxın əyləşən "Neftçi"nin əməkdaşları arasında söz savaşı başlanıb. Polislərin səylərinə baxmayaraq, aranı sakitləşdirmək mümkün olmayıb. Bu səbəbdən, qonaq komanda işçilərinə öz azarkeşləri ilə birgə klub rəsmilərinin yer aldığı "skybox"a qalxmaları təklif olunub. Amma onlar komandanın azyaşlı fanatlarına ayrılmış sektora tərəf gediblər. Bunu görən "Neftçi" rəhbərliyi də "skybox"dan klub əməkdaşlarının yanına düşüb və onlarla birgə eyni istiqamətə yönəliblər.

"Şəxsən mən "Neftçi"nin icraçı direktoru Orxan Hüseynzadəyə təklif etdim ki, azarkeşlərinizi "skybox"unuza gətirin. Amma o, fan-klub olan sektora gedəcəklərini bildirdi" deyən M.Nərimanoğlunun sözlərinə görə, bundan sonra polislərə tapşırıq verildi ki, "Neftçi" rəsmiləri və azarkeşlərinin olduğu tribunada təhlükəsizlik daha da gücləndirilsin".

Qeyd edək ki, VİP-sektordan uzaqlaşdırılan "Neftçi" rəsmiləri arasında klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov da olub (sportnet.az).


Digər xəbərlər

Xəbər xətti