"Araz" darmadağınla qalib gəldi

10:35 28 Noyabr 2016

Xorvatiyada UEFA Kubokunun elit raundunun “B” qrupunda son turun oyunları keçirilib. Azərbaycan çempionu “Araz” da son görüşünə çıxıb.


Sportarena.az xəbər verir ki, Naxçıvan klubu Almaniyanın "Hamburq" komandası ilə qarşılaşıb. Təmsilçimiz son oyununda 5:1 hesablı qələbə qazanıb.


“Araz” qrupdakı ilk iki oyununda Xorvatiya “Nasional”ına 1:2, Rusiya "Yuqra"sına 0:4 hesabı ilə uduzub. Komandamız “Dördlər finalı”na vəsiqə qazana bilməyib.


Digər xəbərlər

Xəbər xətti