Mourinyo cəzaya doymur

22:18 28 Noyabr 2016

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo cəzalandırılacaq.

Buna onun İngiltərə Premyer Liqasının 13-cü turunda “Vest Hem”ə qarşı oyunda (1:1) tribunaya göndərilməsi səbəb olub. Buna görə portuqaliyalı mütəxəssis 2 oyunluq cəzalandırıla bilər.

Qeyd edək ki, Mourinyo sözügedən qarşılaşmanın 27-ci dəqiqəsində futbolçusu Pol Poqbaya simulyasiya üçün verilən sarı vərəqəyə sərt şəkildə etiraz edib. Bundan sonra hakim onu tribunaya göndərmək barədə qərar qəbul edib.


Xəbər xətti