Qrizman: "Real"a keçməyəcəm"

22:42 28 Noyabr 2016

“Atletiko”nun futbolçusu Antuan Qrizmann gələcək karyerası ilə bağlı açıqlama verib.

“Marca”ya müsahibəsində o bildirib ki, futbolda bütün titulları udmaq istəsə də, bunun üçün “Real”a keçməyəcək: “Çünki “Real” bizim prinsipial rəqibimizdir. Həmçinin hər iki klub arasında bir-birinin oyunçusunu almamaqla bağlı razılıq var”.

Antuan Qrizmann karyerasını vətəni Fransada davam etdirməsinin mümkünlüyü ilə bağlı sualı da cavablandırıb: “PSJ yaxşı komandadır. Amma Fransa çempionatını bəyənmirəm. La Liqa və İngiltərə Premyer Liqası xoşuma gəlir. Amma hazırda “Atletiko”nu tərk etmək fikrində deyiləm”.


Digər xəbərlər

Xəbər xətti